Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kəbirənin ailəsi ölümlə nəticələnən faciəvi yanğından DANIŞDI - "Diri-diri yanan şəxs..."

Xəbər verdiyimiz kimi, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın bacısı Səbinə Məmmədovanın evində dəhşətli yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Kəbirə Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov sonxeber.az-a açıqlamasında bildirib ki, yanğından xəbərsizdir:

"Mən xaricdə idim, Bakıya bu gün gəlmişəm. Bibimlə yaxın deyilik. Bir-birimizin evinə çox az hallarda gedib-gəlirik. Mühafizəçiyə Allah rəhmət eləsin! Qalanlara can sağlığı versin! Hər şey yaxşı olacaq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...