Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

YPX avtomobili ağacın arxasında gizlənə bilərmi? - Hüquqi şərh

Sosial şəbəkələrdə və cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri YPX avtomobilinin harada dayanmasıdır. 

Mynews.az-ın məlumatına görə, mövzu ilə bağlı Femida.az -a açıqlama verən ekspert Ərşad Hüseynov qeyd edib ki, YPX avtomobilinin harada dayanmasına "YPX haqqında" Təlimatda aydınlıq gətirilib.

Həmin təlimatın 4.3. maddəsində qeyd olunur ki, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...