Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“CinemaPlus Azerbaijan” kinoteatrı ilk dəfə fasiləsiz ‎işləyəcək - FOTO

Premium kinoteatr “CinemaPlus Azerbaijan” çoxlu sayda kino həvəskarları üçün sürpriz hazırlayıb. İndi Bakıda gecəni təkcə restoran və klublarda əylənmək deyil, həmçinin kinoya da baxmaqla da maraqlı keçirmək olar. İyunun 1-dən etibarən “CinemaPlus Azerbaijan” kinoteatrı ilk dəfə fasiləsiz film nümayiş etdirəcək.

Mynews.az xəbər verir ki, kinoteatr Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə həmişəki kimi Əbdülkərim Əlizadə küçəsindəndir.

Bu əfsanəni “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi geri qaytarıb.

Kinoteatr dünya standartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub. 

Xüsusi zövq ilə layihələndirilmiş “VIP” zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və “VIP-bar” xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm “VİP” zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki məhdudiyyətli insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı tamaşaçılar üçün zallarda xüsusi yerlər quraşdırılıb. 

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Oxu.az

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...