Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkim xəstənin 30 min dollarını alaraq aradan çıxıb - VİDEO

Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim dələduz çıxıb.

Mynews.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, həkimə inanıb əməliyyata lazım olan 30 min dolları düzüb-qoşan pasiyent 3 ildir ortalıqda qalıb. Nə əməliyyat həyata keçirilib, nə də pul qaytarılır.

Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.

Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da, Ramiz Quluzadə bir müddət yalançı vədlər verdikdən sonra yoxa çıxıb.

Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib.

Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa, 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edilib. Xətai Rayon Polis İdarəsində bununla bağlı araşdırma aparıldığı bildirilib. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...