Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızın ona təcavüz edən oğlana MƏKTUBU - "Məni torpağa yıxıdınız, paltarımı cırdınız..."

Oksford Universitetinin tələbəsi yazdığı bir məktubla sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Mynews.az bildirir ki, 20 yaşlı İona Uells bir müddət əvvəl təcavüzdən son anda xilas olub. Belə ki, 17 yaşlı oğlan ona təcavüz etmək istəyib. İona baş verən hadisədən sonra qorxduğu üçün böyük sarsıntı keçirib. Zamanla özünə gələn İona sözügən oğlana məktub yazıb:

“Adınızı bilmirəm, buna görə məktubu sizə yollaya bilmirəm. Sadəcə onu bilirəm ki, mənə təcavüz etməyə çalışdığınız üçün sizi ittiham edirlər. Siz məni bütün şəhərdə izləyirdiniz. Öz küçəmizə çatmağımı gözləyirdiniz. Sonra kimsə məni vurdu və ağzımı bağladı. Siz məni torpağa yıxıdınız və ağzım-burnum qana bulandı. Saçlarımdan tutub sürüməyə başladınız və başımı səkiyə vuranda qışqıra bilmədim. Onda da qonşum sizi gördü və məni buraxmağınızı tələb etdi. Lakin yenə də təpikləməyə davam edirdiniz. Paltarımı cırdınız, amma qonşularım sayəsində istəyinizə nail ola bilmədiniz. İndi mənim sizə sadəcə bir sualım var. Bütün bunları edərkən ailənizi, yaxınlarınızı düşünmədinizmi?

Mənim cəmiyyətimin insanları qaranlıqda evə tək gedə biləcək. Özünü təhlükədə hiss etməyəcək. Çünki daha sizin kimi qorxaqlar bizi narahat etməyəcək".

Mətbuat.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...