Bakı sakinləri Ramazan ayında toy etməkdən imtina edirlər
Artıq bir neçə saatdan sonra müqəddəs Ramazan ayına qədəm qoyacağıq. Ramazan ay təqviminə görə, ilin doqquzuncu ayının adıdır. İslam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır.
Mynews.az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində mövzu ilə bağlı sorğu aparıb.
Rəyi soruşulmuş respondentlərin tam yarısı (50%) Ramazan ayında oruc tutacağını bildirir. Oruc tutanların 51%-ni qadınlar, 46%-ni isə kişilər təşkil edir.
Ramazan ayında yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq, qəsdən qusmaq, bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir.
Bəs Bakı sakinləri Ramazan ayında hansı əməllərdən çəkinirlər?
Rəyi soruşulan respondentlərin 5%-i Ramazan ayında siqaretdən, 11%-i alkoqollu içkilərdən imtina edir. Paytaxt sakinlərinin əksəriyyəti bu ay ərzində söyüş söymək (15%) və dalaşmaqdan da (25%) çəkinir.
Maraqlısı odur ki, Ramazan ayında orucu pozan əməllər arasında toy mərasimlərinin keçirilməsi yer almasa da, rəyi öyrənilmiş bütün sakinlər bu ayda toy etməkdən imtina edir (100%).
Qeyd edək ki, sorğu 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğunun nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1090 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1075 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1075 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1025 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1017 dəfə oxunub