Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün niyyət gecəsidir - Ramazan ayının ilk gününün DUASI

Bu gecə Hicri-Qəməri təqvimi ilə Azərbaycanda mübarək Ramazan ayı başlayır. 

Bu gecə niyyət axşamıdır. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt niyyət etməklə, hər bir müsəlman Ramazan ayına başlamış olur. Ramazan ayı orucunun niyyətini həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Hər gün üçün niyyət belə edilir - “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

“Ramazan ayından öncəki gün (buna Şəkk günü də deyilir) qəzası olan insanlar qəza niyyətilə, olmayanlar müstəhəb niyyəti ilə oruc tuturlar”.

“İlahi, bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı”.

Mynews.az müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edir. 

01 ramazan 1438 – 27 may 2017

İmsaq: 03:19
İftar: 20:17

Birinci günün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...