Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı iş adamı terrorçuluq ittihamı ilə saxlanılıb

Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.

Mynews.az-ın  APA-ya istinadən xəbərinə görə, iş adamının yaxınlarının verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.

Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.

O, Krımda sahibkarlıqla məşğul olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...