Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış jurnalistə vəzifə verildi

"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. 

Mynews.az 1news.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın tanınmış idman jurnalisti və şərhçisi Rüstəm Əfsərli təyin olunub. Onun təyinatı iyunun 1-də rəsmən elan olunacaq. 

Əfsərli bunadək "Simurq" və AZAL-da işləyib. 2015-ci ildə "CBC Sport" yaranandan isə onun sıralarında olaraq şərhçilər qrupuna rəhbərlik edirdi. O, eyni zamanda həmin telekanalda İtaliya futbolu haqda efirə gedən "Kalçomaniya" teleproqramının müəllifi və aparıcısı idi.

Xatırladaq ki, "Neftçi"nin bundan öncəki mətbuat xidməti rəhbəri də televiziyaçı - keçmiş ANS-çi Mehman Rəsulov olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...