Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.

Mynews.az-ın Report-a istinadən məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq. 

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...