Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda hər kəsi titrədən qətlin şok detalı - Öldürdüyü anasının bugun...

Dünən Mingəçevir şəhərində qətl törədilib. Şəhərin Xətai küçəsi 10 ünvanında yerləşən binadakı mənzildə Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib. Hadisəni törədən N.Məhərrəmov tutulub.

İlkin araşdırma zamanı məlum olub ki, K.Məhərrəmova əczaçıdır və uzun illər aptekdə çalışıb. Qadının həyat yoldaşı 5 il əvvəl vəfat edəndən sonra 3 oğlunu özü böyüdüb. Nail Məhərrəmov isə bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Daha sonra nişanlanan gənc oğlan toya hazırlaşırmış.

Qətlin hansı səbəbdən törədilməsinə gəlincə, N.Məhərrəmov ilkin fadəsində anasını qısqanclıq zəminində öldürdüyünü deyib.

K.Məhərrəmova bu gün doğulduğu Yevlax rayonunun Xaldan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, bu gün onun 50 yaşı tamam olmalı imiş.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir./lent.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...