Uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlara sərt cəza
Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmağa görə cərimələr artırılır. Mynews.az-ın məlumatına görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər. Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
SİA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 586 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 576 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 568 dəfə oxunub