Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Süni və təbii əti necə fərqləndirmək olar? - VİDEO

Sosial şəbəkələrdə süni ətin hazırlanması ilə bağlı yayılan video rezonans doğurub.

Bəs görəsən, süni və təbii əti necə ayırd etmək olar? Ümumiyyətlə, bu ətdən Azərbaycanda da satılırmı?

Mynews.az Xezerxeber.az-a istinadla məlumat verir ki, ətin süni olduğunu adi vətəndaşların ayırd edə bilməsi çox çətindir. Ona görə də ət alarkən bir sıra qaydalara əməl edilməlidir.

Süni ətdən istifadə Uzaq Şərq ölkələrində geniş yayılıb. Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, süni ətin hazırlanması zamanı içərisinə qatılan maddələrin tərkibi çox vaxt bilinmədiyi üçün bu, insan sağlamlığına mənfi təsir göstərə bilər.

Şərq ölkələrində istifadə edilən süni ətin ölkəmizə də qaçaqmal yolu ilə gətirilə biləcəyi istisna edilmir. Ona görə də vətəndaşlar ət alarkən görünüşdə və ya yeyərkən qəribə dad hiss edərlərsə, dövlət qurumlarına məlumat versələr yaxşıdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, Azərbaycanda hələlik belə fakt qeydə alınmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...