Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

5 abituriyentin imtahan nəticələri ləğv edildi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib.

İyunun 11-də keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...