Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qoyulan bu pula yeni bir Azərbaycan qurmaq olardı" - Deputat sərt danışdı

Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələr zamanı bəzi deputatlar ölkə iqtisadiyyatının vəziyyəti, bank sektoru və digər problemlərlə bağlı öz narahatlıqlarını ifadə ediblər.

Mynews.az xəbər verir ki, deputat Əli Məsimlinin çıxışı müzakirəyə səbəb olub. O, ölkənin hazırda xarici borclarının ümumi büdcənin 20 faizini təşkil etdiyini deyib: "Yəni proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər".

Deputatın sözlərinə görə bankların ölkə iqtisadiyyatına 125 milyard yatırım qoyduqlarını ancaq bu pulların hazırda heç bir işə yaramadığını əlavə edib:

"Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”. 

AZXEBER.COM

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...