Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri...- FOTOLAR

İctimai obyektlərdə xanım ofisantların işləməsi adi bir hala çevrilib. Bu gün əyləşdiyiniz hansısa bir məkanda sizə qulluq edən xanımları tez-tez görə bilərsiniz. Yaş həddi və məkan uyğunluğu baxımından qadınların ictimai yerlərdə işləməsinə pis baxılmır. Lakin azyaşlı qızların yalnız kişilərin gəldiyi məkanlarda işlədilməsi heç də yaxşı hal sayılmır. Öz maraqları naminə, müştəri yığmaq məqsədilə azyaşlı qızların belə yerlərə cəlb edilməsi qanuna zidd hal kimi dəyərləndirlir.

Mynews.az xəbər verir ki, bununla bağlı Metbuat.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, çay evlərinin bəzilərində qızlar ofisant kimi götürülsə də, bəzilərində onlar digər xidmətlərə cəlb edilir:

“Bu hadisə çay evi sahibinin iştirakı ilə də ola bilər, olmaya da bilər. Bununla bağlı zaman-zaman reydlər keçirilir və müəyyənləşdirlir. Əgər həmin qızlar azyaşlıdırsa, onlar valideynlərinə və ya hansısa mərkəzlərə istiqamətləndirilir. Yuxarı yaşda olanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr müəyyənləşdirilir. Belə hadisə ilə qarşılaşanlar Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və ya İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edə bilərlər”.

Hüquqşunas Xəyal Bəşirov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmayan şəxslərin əməyə cəlb olunması qanuna ziddir:

“Çay və iaşə obyektlərinin üzərində “Ofisant qız tələb olunur” elanı yazılırsa, bunu qanunsuz hesab etmək olmaz. Çünki sahibkarın qadın işçi axtarması normaldır. Amma faktiki olaraq azyaşlı şəxslərin əməyə cəlb olunması qanuna ziddir. Buna görə məsuliyyət nəzərdə tutulub. Belə ki, Konstitusiyasının 17-ci maddəsi, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsaən, 15 yaşına qədər olan şəxslər heç bir halda əməyə cəlb oluna bilməz. Qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Məcəllənin 192-ci maddəsinə əsasən, buna görə vəzifəli şəxslər (iş yeri sahibləri) 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimələnir”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...