Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İmtahanda güzəşt edildi: Bəs bu səhvi bağışlamaq olar?

Azərbaycan Dillər Universitetinin tələbələrinin iki gündür dövlət imtahanlarının ləğvi tələbi ilə keçirdikləri aksiya gündəmdən düşmür.

Mynews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, universitetin tələbələrin xeyrinə qərarından sonra günün qəhrəmanlarının aksiya zamanı qaldırdıqları şüarlar müzakirə mövzusuna çevrilib.

Belə ki, tələbə qızların yazdıqları “We don't uneducated!” ifadəsi səhv olduğu üçün tənqidlərə və ironiyaya səbəb olub. Sosial şəbəkə istifadəçiləri imtahan verməyə etiraz edən tələbələrin ingilis dili biliyinin aşağı olmasına diqqət çəkiblər.

Hətta bu mövzudan öz xeyrinə istifadə etmək istəyənlər də olub. Dil kurslarından biri aksiyada çəkilən fotoşəkili paylaşaraq “Daha yaxşı təhsil üçün İELTS-ə etiraz etmə”, “Dillər Universiteti tələbələri üçün xüsusi endirimlər” məzmunlu postlar paylaşıb.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...