Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident özünə 5 yeni köməkçi təyin etdi - SON DƏQİQƏ

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

Mynews.az xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Yeni təyin olunanlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir. 

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...