ANS-in tanınmış jurnalisti saxlanıldı - SON DƏQİQƏ
Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib.
Mynews.az xəbər verir ki, bu barədə lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A.İsrafilov Bakıya gətirilib.
Qeyd edək ki, A. İsrafilov 2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildən sonra həbsxanadan çıxan jurnalist saytlardan birində müxbir kimi jurnalistlik fəaliyyətinə davam edirdi.
Onu da qeyd edək ki, Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib.
O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 972 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 940 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 930 dəfə oxunub