Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu şəxslər dövlət qulluqçularına bərabər tutulacaqlar

"Publik hüquqi şəxslər haqqında" qanuna dəyişikliklər edilib.  

Azərbaycanda bəzi publik hüquqi şəxslərin əməkdaşları dövlət qulluqçularına bərabər tutulacaqlar. Trend bildirir ki, bununla bağlı "Publik hüquqi şəxslər haqqında" qanuna dəyişikliklər edilib.  

Yeni layihəyə görə, "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.  

Bu yeni dəyişikliklə "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş xidmətləri göstərən publik hüquqi şəxslərin əməkdaşlarının hüquqi statusu müəyyən edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...