Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İşsizlik müavinəti üç dəfə artacaq

“Hazırda Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi gedir”.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, bu il məşğulluq məsələlərinə az - cəmi 27 milyon manat  vəsait ayrılıb: “Ayrıca Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ehtiyat fondundan 6 milyon manat ayrılıb. 

Qanunun qəbulu və 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Bu, baş verərsə, həmin məbləğ 90 milyon manatdan artıq olacaq. Qanun məşğulluq proqramlarının təminatına, işsizlik müavinətinin 3 dəfə artmasına imkan verəcək”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...