Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq

Bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq “Formula 1” – Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mynews.az-ın məlumatına görə, bu trek - Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...