Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək - VİDEO

Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir.

Mynews.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin bu tələbindən sonra paytaxta daha bir istehsalat bazası fəaliyyətə başlayıb. Ümumilikdə isə bu, 4 cü istehsalat bazasıdır.
Bundan sonra 4,40,88, 100, 133, 165, 179, 184, 189, 202 saylı olmaqla 10 marşurut xətti üzrə 200 -ə yaxın avtobus hər gün texniki baxışdan keçiriləcək.

Belə istehsalat bazasında həkim otağı da fəaliyyət göstərir ki, burada hər gün sürücülər tibbi müayinədən keçir və yalnız müvafiq arayış aldıqdan sonra xəttə çıxırlar.

Agentliyin marşrut avtobusları sahibkarları qarşısında qoyduqu digər bir tələb isə avtobuslarda havalandırma sistemi və kondisonerlərin olmasıdır. Bu tələb də çox az sayda avtobusda yerinə yetirilib.

Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların nə zamandan havalandırma sistemi və kondisonerlə təchiz ediləcəyini demək isə mümkün deyil. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...