Leyla Əliyeva küçədə doğulan 2 aylıq canlını himayəsinə götürdü - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki aylıq canlını öz himayəsinə götürüb. İstiPress-in məlumatına görə, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb. Birliyin "İnstagram" səhifəsində yerləşdirilən məlumatda qeyd edilib ki, fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində olub. Onu övladları Əli, Mikayıl və Əminə də müşayiət edib.
Mərkəzdə saxlanılan heyvanlara baxarkən, Leyla Əliyevanın diqqətini iki aylıq sahibsiz pişik balası cəlb edib. "Qısa müddətdə yaranan qarşılıqlı simpatiyanın nəticəsi olaraq dərhal onu himayəyə götürməyi qərara alıb.
Küçədə doğulmuş bu şirin pişik balasının keçmişi çətin olsa da, yeni sahibəsinin sayəsində gələcəyi xoşbəxt olacaq".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 942 dəfə oxunub
- Emin Ağalarov söz verdi 939 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 939 dəfə oxunub