Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

20 nömrəli məktəbin direktoru müəllimələri şantaj etdi - SƏS YAZISI - VİDEO

Bu gün bir qrup valideyn 20 nömrəli məktəb-liseyin önünə toplaşıb.

Mynews.az xəbər verir ki. Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, valideynləri sözügedən təhsil ocağında oxuyan övladlarının gələcəyi düşündürür.

Belə ki, onlar uşaqlarının növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlarından narahatdırlar. İddiaya görə, 20 nömrəli məktəb-liseyin bir hissəsi Avropa Liseyinə veriləcək və şagirdlərin əksəriyyəti sözügedən təhsil ocağından uzaqlaşdırılacaq.

Vəziyyətdən narahat olan valideynlər də bu səbəbdən saat 12:00-da etiraz aksiyası keçirtməyi planlaşdırıb. Ancaq məktəbin direktoru Yaqut Məmmədova aksiyanın baş tutmaması üçün sinif rəhbərlərini şantaj edib. Bildirib ki, valideynlər etiraz səslərini qaldırarsa həmin sinfin rəhbəri dərhal işdən qovulacaq. Məmmədova hətta sinif rəhbərlərinə bu barədə ərizə də yazdırıb.

Aygün Rəşidovna adlı müəllimənin səsyazmasını əldə etdikdən sonra bu fakt öz təsdiqini tapıb. Aksiyanın kütləviləşməməsinə səbəb rəhbərliyin müəllimələri şantaj etməsi olub.

Maraqlıdır ki, ötən gün Təhsil Naziliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verərək, sözügedən məktəbin müəllim və şagirdlərinin yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.

Ancaq saytımıza danışan valideynlər buna inanmırlar. Sən demə, təhsil ocağında vəziyyət tamam başqadır. Bu səbəbdən də onlar nazirliyin məsələyə müdaxilə etməsini, rəsmi mövqe bildirməsini istəyirlər.

Audio Oynadıcı

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...