Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı - Rəsmi açıqlama
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda bir qrup motosikletçinin saxlanılması haqqında yayılan məlumata münasibət bildirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Qafqazinfo”ya belə bir hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma o, xəbərin təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini qeyd edib:
“Vəfat edən motosiklet həvəskarı Toğrul Mirzəzadənin yas mərasiminə gedən motosikletçilər Nəcəfqulu Rəfiyev, Afiəddin Cəlilov, Neftçilər və Fəhlə prospektləri ilə hərəkət ediblər. Onlar yolda manevr tələblərini pozub və digər kobud qayda pozuntuları ediblər. Bundan sonra polisin haqlı saxlama əmrinə tabe olmayıblar. Xidmət aparan polis işçiləri qanunvericilikdə tələb edildiyi formada motosikletləri “Xəzər” TV-nin inzibati binasının yaxınlığında saxlayıblar”.
Vaqif Əsədov əlavə edib ki, bağlanan ANS-in keçmiş prezidenti Vahid Mustafayev sözügedən karvanda olmayıb, hadisə yerinə sonradan gəlib:
“Onun düzgün rəftarı və təbliğatı ilə motosiklet sürücüləri nəqliyyat vasitələrini orada qoyub, “hüzn yerinə tələsirik” deyərək məkandan uzaqlaşıblar. Sonradan həmin ərazidəki 10 motosiklet cərimə meydançasına aparılıb”.
Qeyd edək ki, daha öncə yayılan informasiyada V.Mustafayevin də saxlanıldığı və avtobusa mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı yazılmışdı.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub