Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 10-cu günüdür.

Mynews.az Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə istinadən xəbər verir ki, Bakıda imsak saat 03:12-də, iftar isə saat 20:24-dədir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Allah orucunuzu qəbul etsin!

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...