Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evinizdə olan bu 8 əşyanı atın

Evinizdə olan bu 8 əşyanı atın, onlar sizin üçün təhlükə mənbəyidirlər.

1. Köhnə plastmas qablar

Mynews.az immunitet.az-a istinadən bildirir ki, plastmas qabların tərkibində olan maddələr orqanizm üçün çox zərərlidir. Bu maddə rəngsiz plastmas qab təzə olduqda zərərli sayılmır, yox əgər qabınız öz parlaqlığını itiribsə o zaman o sizin orqanizminiz üçün əsil təhlükə mənbəyədir, onu atın.

2. Antibakterial maye sabun

Antibakterial sabundan istifadə etmək orqanizm üçün çox təhlükəlidir. Bu sabun qidanın immunitetini aşağı salır və hormonal sistemə pis təsir edir.

3. Şirin, qazlı, dietik sular

Mütəxəssislər tərkibində şəkərəvəzedicilərin olduğu içkilərin insan orqanizmi üçün əsil təhlükə mənbəyi olduğunu qeyd edirlər. Bu içkilər bağırsağın mikroflorasını korlayır və maddələr mübadiləsini pozurlar.

4. Hava təmizləyicilər

Mütəxəssislər hava təmizləyicilərin otqalarda olan havanı təmizləmədiyini söyləyirlər. Havatəmizləyicilər yanlız otağa ətir saçaraq kirli havanı ətirləndirirlər. Onlardan istifadə etməkdənsə pəncərələri açıb otaqların havasını dəyişmək yaxşıdır. Hava təmizləyicilərinin allergik xəstəliklərə səbəb olduqları öz təsdiqini tapıb. Otağınızdan gözəl ətir qoxusunun gəlməsini istyirsinizsə o zaman ətirli efir yağlarından istifadə edin.

5. Köhnə idman ayaqqabısı
Köhnə idman ayaqqabısı armatizasiyaya uğrayır və insanın yerişinə təair edir. Bu bir çox onurğa xəstəliklərinin başlamasına səbəb ola bilir.

6. Diş fırçası

Davamlı olaraq gündə 2-3 dəfə dişlərinizi yuyursunuzsa o zaman diş fırçanızı mütləq 1 aydan dəyişməlisiniz. Bu sizin ağız boşluğunuzun sağlamlığı üçün çox faydalıdır.

7. Qidalar

Heyvan mənşəli qidalardan hazırlanmış yeməkləri soyuducuda 2 gündən çox saxlamaq olmaz. 2 gündən artıq yeməklər soyuducuda aldıqda öz effektini itirir və orqanizm üçün zərərli olur.
8. Qabyuyan qubka
Mətbəxinizdə istifadə etdiyiniz qabyuyan qubkadan bir müddət istifadə etdikdən sonra o əsil bakteriya və mikrob yuvasına dönür. Uzun müddət istifadə edilən qubka tualetdəki unitazdan da kirli və iyrənc olur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...