Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Energetika naziri təcili Türkiyəyə aparıldı

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) APA-ya verilən məlumata görə, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.

Mynews.az-ın məlumatına görə, onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb.

Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika nazirinin müalicəsi xəstəxanada reanimasiya şəraitində davam edib, ürəyinə stendlər qoyulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...