Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kimin uşağı siqaret çəksə, 250 manat cərimə verəcək ! - Azərbaycanda

Azərbaycanda yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əlavələr təklif edilir.

Layihəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən həyata keçirilməsi tütündən istifadəsinə səbəb olduqda, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...