Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ali məktəblərə qəbul planı açıqlandı

Mynews.az xəbər verir ki, 2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qruplarında 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb.

Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.

Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq. Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...