Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramazan fətvasını pozan din xadiminin işdən qovulmasının SƏBƏBİ BİLİNDİ

Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlunun işdən azad edilmə səbəbi bilinib.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, din xadiminin işdən azad edilməsinə səbəb iftardan öncə ehsanda iştirak etməsi olub.

***

15:41

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb.

QMİ-dən Publika.az-a verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...