Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatından danışdı - VİDEO
Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə danışıb.
APA-nın "Anadolu"-ya istinadən məlumatına görə, İstanbulda səhiyyə xidmətlərinin dəyərləndirilməsi toplantısından sonra jurnalistlərə açıqlama verən nazir deyib ki, Natiq Əliyev Türkiyəyə ağır vəziyyətdə çatdırılıb: “Bir neçə gün əvvəl Azərbaycan tərəfindən bir müraciət edildi. Bir burdan ambulans təyyarəsini göndərdik və dəyərli nazirimizi, qardaşımızı Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi Türkiyəyə. Vəziyyəti son dərəcə ağır idi”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyədə dünyasını dəyişib. Mərhumun nəşi iyunun 10-da Bakıya gətiriləcək və II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub