Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Natiq Əliyevin tələbə yoldaşı: Hər ikimiz fəhlə işləyirdik... - FOTO

“Natiq işdən qorxan adam deyildi. Nə qədər çətin olsa da, işdən qaçmırdı. Biz üçüncü kursdan sonra fəhləlik etməyə başladıq. Qazma idarəsində fəhlə kimi çalışırdıq. Bundan başqa, Neft Daşlarında da fəhləlik etmişik. Hətta bir dəfə biz işdən qayıdanda yolda jurnalistləri gördük. Dedilər ki, nə yaxşı, fəhlə briqadasıdır. Bizi düzüb şəkillərimizi çəkdilər. Qəzetdə haqqımızda məlumat verdilər. İlk dəfə olaraq bizim adımız qəzetdə dərc olunmuşdu”.

Mynews.az-ın məlumatına görə, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mərhum nazir Natiq Əliyevlə birlikdə təhsil alan Akif Nərimanov tələbə yoldaşı ilə bağlı xatirələrini AzVision-la bölüşərkən belə deyib. 

Dostunun vəfatından üzülən Akif bəy, ən yaxın dostunu itirdiyini söyləyib: "Bu, bizim üçün çox ağırdır. Qrup yoldaşlarımızdan bir-iki nəfər sağ qalmışdı. Natiq də bizi tərk etdi. Natiq həm yaxşı dost, həm də sədaqətli insan idi. Natiq vəzifəyə gələndən sonra da dostlarını atmadı. Onun üçün dostluq, qardaşlıq önəmli idi. Biləndə ki, hansısa tələbə yoldaşının vəziyyəti pisdir, mütləq ona kömək edirdi. Natiq çalışırdı ki, hamıya əl tutsun. O, nə edirdisə, qanun çərçivəsində edirdi. Natiq tələbə vaxtı necə idisə, nazir vaxtı da elə idi. Onu vəzifə dəyişməmişdi. Ovla məşğul olmağı sevirdi. Birlikdə tez-tez ova gedərdik. Həmin günləri heç vaxt unuda bilmərəm. Natiq pozitiv insan idi. Heç vaxt ölümdən danışmazdı. Yaşamağı sevirdi”.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...