Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur aparıcı İradə İsaqın həyat yoldaşına vəzifə verildi - görün harada

Tanınmış jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Yaşar İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov Press24.az saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, məqalələri "Day.az", "1News.az", "Aznews.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub.

Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

musavat.com

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...