Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri - Uşaqlar sudan zəhərlənməyib

“Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə  müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Narahatçılığa əsas yoxdur”.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Mynews.az-a açıqlamasında belə deyib.

O, uşaqlarda işləmə və qusmanın mövsümlə əlaqəli olduğunu bildirib: “Havaların isti olması ilə əlaqədar olaraq bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlar tut, gilas yeyib, üstündən soyuq su içdiklərini deyir. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümi xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər”.

N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova mətbuata açıqlamasında bildirib ki, Sumqayıtda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqlardan 50 nəfəri müalicəsini davam etdirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...