Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bulvar bu gün polis nəzarətində olacaq

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır. Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır. Buna baxmayaraq, hər il olduğu kimi, məzunların Dənizkənarı Milli Parkda əyləncə təşkil edəcəkləri istisna edilmir. 

Mynews.az bildirir ki, Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, bununla bağlı idarə gücləndirilmiş iş rejimində çalışacaq. 

Əraziyə gələcək qonaqların çoxuluğunu nəzərə alaraq polis əməkdaşları asayişə nəzarət edəcəklər.

Qeyd edək ki, cari tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 110638, XI siniflərini 84088 və XII sinifləri 723 şagird bitirir. Növbəti dərs ilində orta məktəblərin I siniflərinə 164945  şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...