Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Saytlara nəzarət hansı formada həyata keçirilir? - AÇIQLAMA

Azərbaycanda xəbər saytlarının, internet qəzetlərin sayı durmadan artır.

Saytların artması ilə onlara nəzarət də ciddiləşir.

“Artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nda və digər qanunvericilik aktlarında onlayn jurnalistikanı tənzimləyən müddəalar da öz əksini tapıb”.

Mynews.az xəbər verir ki, bu sözləri Metbuat.az -a açıqlaması zamanı Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.

“Son zamanlara qədər “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nda yalnız qəzetlər, jurnallar, informasiya agentlikləri, televiziya və radioların tənzimlənməsi nəzərdə tutulurdu. Ancaq son illərdə sirr deyil ki, yeni bir jurnalistika sahəsi də meydana gəlib. Bu, onlayn jurnalistikadır. Artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nda və digər qanunvericilik aktlarında onlayn jurnalistikanı tənzimləyən müddəalar da öz yerini tutur. KİV-ə şamil olunan bütün tələblər eyni zamanda xəbər portallarına və digər televiziya resurslarına da şamil olunur. Bir müddət əvvəl “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanuna əlavələr edildi. İnternet resurslarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavələr olundu. Burada məqsəd ondan ibarətdir ki, KİV haqqında qanunvericilik yalnız qəzetlər, jurnallar, radio, televiziya və agentliklərə şamil olunmasın, ümumiyyətlə, bütün növ KİV-ə şamil olunsun. Orada açıq-aydın şəkildə göstərilir ki, KİV dedikdə nələr nəzərdə tutulur. KİV-ə şamil olunan meyarlar eyni zamanda internet resurslarına da şamil olunur. Mətbuat Şurası isə peşə, davranış qaydalarına nə dərəcədə əməl olunmasına nəzarət edir. Bu da peşə, davranış qaydalarının, prinsiplərinin pozulması ilə bağlı ola bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...