Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir - Bunları etməliyik...

Bu gecə Azərbaycanda ikinci Qədr (əhya) gecəsi (iyunun 15-dən 16-na keçən gecə) qeyd olunacaq.

İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-ci gününə keçən gecəyə təsadüf edir.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Qədr gecəsi bu duanı etmək vacibdir!

Qeyd edək ki, Azərbaycanda üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...