Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Düşməni məhv etmiş gənc 2 ildir iş tapa bilmir - FOTO

Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır ki, iş tapa bilmir.

Mynews.az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən rayonun Qarabağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: “Qumbaraatan və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından çıxarmışam. Buna görə də “Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli” medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olunmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə qumbara atdığım üçün sinir və eşitmə sistemim zədələnmişdi.

Hərbi xidmətdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda valideynlərimlə birgə yaşayıram. Atam ürəyindən müalicə olunduğu üçün işləyə bilmir. Mən isə fəhləlik edib günə 7-8 manat qazanıram. Bu məvaciblə isə ailəmi dolandıra bilmirəm.

İş üçün Samux rayon İcra Hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orada da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm”.

İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, İcra Hakimiyyətində isə ondan diplom tələb edildiyini deyib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...