Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəblərə qəbulu başlayıb

İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mynews.az-a verilən xəbərə görə, müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir.

Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün valideynlər şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək müsabiqəyə yazılmalıdırlar. Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinin iyulun 10-da yekunlaşması nəzərdə tutulur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...