Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Universitetdən şortik geyinən gənclə bağlı AÇIQLAMA: - "Həmin şəxslə bağlı TƏDBİR GÖRÜLƏCƏK" - VİDEO

Şortik geyinən gəncin universitetə buraxılmaması sosial mediada ciddi müzakirələrə səbəb olub. 
Belə ki, Azərbaycan Universitetinin İKT fakültəsində təhsil alan Əli Zeynallı adlı tələbənin verdiyi məlumata görə, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları içəri buraxmayıb. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.

Məsələ ilə bağlı BiG.AZ-a danışan universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəsisi Lalə Tofiqqızı bununla bağlı universitet rəhbərliyi tərəfindən heç bir tapşırığın verilmədiyini bildirib: 

“Bu məsələ ilə bağlı universitet tərəfindən heç bir tapşırıq verilməyib. Tələbələrimiz şortiklə universitetə gəlirlər, heç bir problem yaşanmır. Bu hadisə isə mühafizəçi ilə yaşanıb. Mühafizəçi tövsiyyə xarakterli olaraq onun geyiminə münasibət bildirib. Məsələ universitet rəhbərliyinin diqqətindədir. Mütləq şəkildə araşdırılacaq. Hansı tədbirlər lazımdırsa görüləcək. Sabah Şamaxıda keçiriləcək beynəlxalq miqyaslı tədbirə hazırlaşdığımız üçün bütün işçilərin başı qarışıqdır. Amma buna baxmayaraq bu məsələ araşdırılacaq”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...