Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz  olunacaq.

Bu barədə Mynews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21, Türkan, Hövsan, Sahil, Şıxda  22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək,  gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 28-32, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...