Qəbul imtahanı iki dəfə keçiriləcək - Şərtlər dəyişildi
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasənNazirlər Kabinetitam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.
DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.
Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.
Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və "Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək. (APA)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 961 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 931 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 921 dəfə oxunub