Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zəif nəticə göstərən müəllimlərə yeni fürsət - VİDEO

Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə yeni fürsət verilir. Təhsil ekspertləri bunun orta təhsilə müsbət nəticələrini şərh edib.

Mynews.az xəzərxəbər-ə istinadən xəbər verir ki, diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər yenidən qiymətləndirmədə iştirak etməklə öz bilik və bacarıqlarını sınaya biləcəklər. Təhsil Nazirliyi belə məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də şərait yaradılacaq.

Təhsil eksperti Etibar Əliyev bu açıqlamanı şərh edərək deyib ki, qərarın bir sıra üstünlükləri var.

Ekspertin fikirincə, bütün bu tədbirlər təhsil səviyyəsinin yüksəlməsinə və müəllimlərim əmək haqlarının artırılmasına səbəb olacaq.

Qeyd edək ki, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi artıq son mərhələdədir və tamamlanmaq üzrədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...