"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTOLAR
Son günlərdə sosial mediada müzakirələrə səbəb olan "stress çarxı"nı indi də mini ox atanlar əvəz edib.
Mynews.az xəbər verir ki, Çin istehsalı olan üzərinə diş çöpü, iynə, mismar qoyub atılan mini oxlar bir anda ölkə gündəmini zəbt edib. Əhali bu "oyuncağ"ın uşaqların sağlamlıqları üçün çox ciddi təhlükə olduğunu bildirib: "Təcili istehsalı dayandırılmalıdır".
Xarici mətbuatın yazdığına görə, 20 metr məsafəyə yüksək təzyiqlə atılan ox şüşə stəkanı sındıra biləcək gücə malikdir.
Azyaşlıların dərhal diqqətini çəkən "oyuncağ"ın istehsalı çox sayda uşaq ölümlərinə səbəb ola bilər. Ehtiyatsız istifadə edildiyi halda uşaqların kor olmasına və daha ağır xəsarətlər almalarına gətirib çıxaracaq.
Çin mətbuatı yazır ki, çılğın ixtira əslində oyuncaq yox, soyuq silahdır: "Üzərinə diş çöpü deyil, iynə qoyub atsanız, bir insanı öldürə bilərsiz". (publika.az)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1113 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1097 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1097 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1042 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1034 dəfə oxunub