Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının bir hissəsinin işıqsız qalması ilə bağlı - RƏSMİ AÇIQLAMA

"Azərişıq" ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.

"Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur", - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...