Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb - VİDEO

Təkbaşına irəliləyən əsgər qarşısına çıxan hər kəsi məhv edir... Düşmənin hərbi texnikasını, onların bazasını hədəfə alaraq dəqiq atəşə tutur.

İlk baxışdan adi bir hərbi oyuna bənzəyir. Amma bu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş bir animasiyadır. Animasiya Türkiyədə hazırlanıb. Videoda Mübarizin düşmənlə təkbaşına necə döyüşməsi əks edilib.

Animasiyada Mübarizin hər addımı bunu hazırlayan şəxsin dilindən şərh edilir.

Animasiyada ən diqqətçəkən məqamlardan biri Mübarizin Ermənistan prezidentinin kortejini atəşə tutaraq həm avtomobilləri, həm də Sarkisyanı məhv etməsi əks edilib.

10 dəqiqədən çox davam edən animasiya qısa zaman ərzində minlərlə insan tərəfindən izlənib.

Sosial şəbəkələrdə proqramçı gəncin Milli Qəhrəman Mübariz İbrahimov haqqında animasiya hazırlaması böyük rəğbətlə qarşılanıb.

"Xəzər xəbər"in hazırladığı videomaterialı təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...