Ölkəmizdə 9 mindən çox yeraltı təkanlar qeydə alınır - FOTOLAR
Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir. Ona görə də il ərzində ölkəmizdə 9 mindən çox yeraltı təkanlar qeydə alınır.
Ötən il mərkəzdə 10 mindən artıq zəlzələ qeydə alınıb ki, bunun da 8 mindən çoxu Azərbaycan və ona həmsərhəd ərazilərdə baş verib. Qalan 2 mini uzaq ölkələrin payına düşüb.
Mynews.az-ın məlumatına görə, Bu rəqəmləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
2015-ci ilə nisbətən 2016-cı ildə təkanlar zəif olub. İstisna olaraq ötən ilin avqustunda İmişlidə baş verən zəlzələni göstərmək olar. Yeraltı təkanlar dərinlikdə olduğu üçün fəsadlar törətməyib. Ümumiyyətlə Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənilmir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1017 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 974 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 963 dəfə oxunub
loading...