Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı gənclər Gürcüstanda erməni bayrağını oteldən - BELƏ SÖKDÜ - VİDEO

Ötən həftə Gürcüstanda "BMW” həvəskarlarının festivalı keçirilib. 
Festivala müxtəlif ölkələrdən gənclər qoşulub. "BMW” həvəskarları öz avtomobilləri ilə Tiblisiyə yola düşüblər. Burada festivala qatılan azərbaycanlı gənclər tərəfindən ermənilərə növbəti zərbə vurulub. Belə ki, Emin Səfərov və digərləri gecələmək üçün otelə gəliblər. Lakin otelin qarşısında heç də xoş olmayan mənzərə ilə qarşılaşıblar. Otelin önündə erməni bayrağı dalğalanıb. Otelin əməkdaşlarının birinin onlara "bu, Ukrayna bayrağıdır” deməsi də işə yaramayib. Azərbaycanlı gənclər həmin bayrağı çıxararaq yerinə Azərbaycan və Türkiyənin bayrağını asıblar. 

Gənclərimiz oteldən çıxarkən Azərbaycan bayrağını da, özləri ilə götürüblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...